Salam :) Necəsiniz? Mən yaxşı. Biraz özüm haqda danışım deyəcəm amma haqqımda danışmağı xoşlamıram) Təəccüblü deyil, sadəcə hələ özü özünü çözə bilməmiş bütün insanlar bunu xoşlamırlar. Gələcəkdə doğmalaşsaq ki, buna əminəm, onda elə sizin dilinizdən özüm haqda eşidərəm :)
Hal hazırda yaydır. Guya. Universiteti bitirdim yeni dərs ilinə də hələ aylar qalıb. Özümü iki sözlə ifadə etsəm kitab qurdu deyərəm. Lakin son kursun cəfasına görə bu işə istəməyərək də olsa, fasilə verməyə məcbur oldum. Çoxdandır fasilə verdiyim məşğuliyyətimə qaldığım yerdən, lakin daha maraqlı və kütləvi şəkildə davam etmək qərarına gəldim.
Ümumiyyətlə onu deyim ki, qısqanc tipəm ) Dostlarımı, sevdiyim mahnıları, sevdiyim kitabları, həyatda sevdiyim hər şeyi paylaşmama kimi xasiyətim var. Amma bu gün fikirləşdim də, mahnıları, dostları bir qırağa qoyaq ama həyatımın ayrılmaz parçaları olan kitablarımı niyə də insanlarla paylaşmayım, zövqlərimizi niyə birləşdirməyək və yeni kitab qurdları əldə etməyək. Fikirləşdim və nəticə etibarilə blog yaratdım. Bütün məqsədim budur əslində.
Demək belə kitab qurdları, mən blogu yaratmazdan əvvəl oxuduğum kitabları və bundan sonra oxuyacağım kitabları sizinlə paylaşacam. Bu paylaşma həm şəkil həm də kitab haqqında ön söz yəni tanıtım formasında, həm də mənim kitab haqqında öz şəxsi fikirlərim olmaqla paylaşılacaqdır. Bu barədə zövqümə güvənirəm. Əgər siz də öz zövqünüzə güvənirsinizsə oxuduğunuz və ya məsləhət bildiyiniz kitabın adını rəy kimi yazın və hamımız birlikdə oxuyaq.
İnanıram ki maraqlı olacaq və gələcəkdə bu işi daha da maraqlı etmək üçün ideyalarım olacaq.
Hələlik məndən bu qədər. İndidən uğurlar özümə. :)