3 Temmuz 2016 Pazar

Baskervillərin iti ( Ser Artur Konan Doyl )



    Bu arada kitablarda sevdiyim və demək olar ki, ən çox oxuduğum detektiv əsərlərdir (kinoda detektiv və biografiya:) ) Yerli və xarici yazarlar deyə seçmirəm. Yerli yazarlarımızdan da bu janrda uğurlu yazarlar vardır. Məsələn Çingiz Abdullayevin, Elxan Elatlının əsərlərini sevə - sevə oxuyuram. Favorilərim Aqata Kristi, Artur Konan Doyl, Çarlz Filiks, Den Braun və s. 
     İlk kitab paylaşımımı belə deyim, bilinçli şəkildə oxuduğum kitabla başlamaq istədim. Baskervillərin iti - orijinal adı ilə The Hound of the Baskervilles. Müəllifi Ser Artur Konan Doyl olan bu kitab hamınızın məlumatı olduğu kimi, Şerlok Xolmsun 4 macəra kitabından biridir. 3cü kitabda oxuyucular Şerlok Xolmsun öldüyünü zənn etsələr də sonuncu bu kitabda yazar oxuyucularını sevindirərək qəhrəmanı yenidən onlarla görüşdürdü. Kitab macəra xarakterlidir. İlk dəfə «Strand Magazine» jurnalında 1901-ci ilin avqustundan, 1902-ci ilin aprelinə qədər bir aydan bir dərc olunmuşdur.Əvvəlki yazımda qeyd etdiyim əlifba kitablara daxil edirəm bu kitabı. Çünki, qıraqdan qəliz görünsə də və ya janrı və yazarı ağır görünsə də, əslində 15+ hər bir oxucunun anlayacağı dildə yazılıb. Povestin süjet xətti ondan ibarətdir ki, aristokrat, varlı nəslin hər bir üzvünü nəhəng bir it təqib edir və öldürür. Bu ölümlər Ser Çarlz Baskervilin sirli ölümü ilə başlamış və davam etmişdir. Doktor Vatson və detektiv Şerlok Xolms bu işin araşdırmasına görə birləşirlər. Kitabda hadisələrin cərəyan etdiyi vaxt 1889-cu ilin sentyabr/oktyabr aylarına təsadüf edir.

     1959-cu ildə Böyük Britaniya istehsalı olan Artur Konan Doylun eyniadlı əsəri əsasında film də çəkilmişdir. Terens Fişerin rejissorluğunu üstləndiyi filmdə Şerlok Xolms rolunu Piter Kaşinq, Doktor Vatson rolunu Andre Morell, Ser Henri Baskervil rolunu isə çoxunuzun tanıdığı Kristofer Li canlandırmışlar. Filmə baxmışam dostlar, maraqlıdır lakin obrazlarda və ssenaridə dəyişikliklər getmişdir. Məncə bu da təbiidir :) Baxmanızı məsləhət görərdim.
     Oyun həvəskarları üçün qeyd edim ki, eyniadlı oyun da mövcuddur :)
           Dostlar, ilk paylaşımımın ürəyinizcə olacağı ümidindəyəm. Çalışdığım qədər sizə dolğun məlumat verdim. Səbr edib oxuduğunuza görə minnətdaram. Rəylərinizi gözləyirəəəm :) Görüşənədək #kitabqurdu :) 
     Salam dostlar :)
     Deməli belə. İlk növbədə onu vurğulmaq istərdim ki, hər bir kitab əlifba, orta və qəliz kitablara ayrılır məncə. Yəni mən bu tiplərə ayırıram )  Oxumağa hər kitabdan başlamaq düzgün deyil zənnimcə. Çünki, necə ki əlifbanı bilmədən elmin dərinliklərinə gedə bilmirsənsə, əlifba adlandırdığım kitablardan başlamamış heç bir kitabı anlaya və həzz ala bilməzsən. 
     Bəziləri var kitabı sadəcə görünüş xətrinə oxuyur. El dilində "pakazuxalıq" deyirik )) qıraqdakılar desin ki, o da oxuyur. Oğlanlar inciməsin ama bu yoldan oğlanlar istifadə edir çoğunluqla deyərdim))) Məqsəd ? Məqsəd bəllidi, hə, qızlar ? )) Bəziləri də var ki, bildiklərinə əlavə etmək istəyir, öyrənmək, öyrənmək istəyir. Bəziləri var kitab qəhrəmanlarını real həyatdakı insanlardan daha çox sevir, onlara bağlanır, Bəziləri isə kitabı oxuyarkən gözündən yaş axır istəmsizcə, Bəziləri kitabı qurtaranda üz qabığını örtür, tavana baxır və sakitcə ah çəkir təsirindən günlərlə çıxa bilməyərək. 
     Kitab oxumaq ən çox məşğuliyyət, hobbi kimi sayılır bəlkə də, amma oxumağın da özünəməxsus qayda - qanunları var dostlar. Gəlin görünüş xətrinə deyil də, öyrənmək, həzz almaq, dadını çıxarmaq məqsədilə oxuyaq kitabları.
     P.S Birdən ağlıma gəldi dedim sizinlə də paylaşım :)