Salam dostlar :)
Deməli belə. İlk növbədə onu vurğulmaq istərdim ki, hər bir kitab əlifba, orta və qəliz kitablara ayrılır məncə. Yəni mən bu tiplərə ayırıram ) Oxumağa hər kitabdan başlamaq düzgün deyil zənnimcə. Çünki, necə ki əlifbanı bilmədən elmin dərinliklərinə gedə bilmirsənsə, əlifba adlandırdığım kitablardan başlamamış heç bir kitabı anlaya və həzz ala bilməzsən.
Bəziləri var kitabı sadəcə görünüş xətrinə oxuyur. El dilində "pakazuxalıq" deyirik )) qıraqdakılar desin ki, o da oxuyur. Oğlanlar inciməsin ama bu yoldan oğlanlar istifadə edir çoğunluqla deyərdim))) Məqsəd ? Məqsəd bəllidi, hə, qızlar ? )) Bəziləri də var ki, bildiklərinə əlavə etmək istəyir, öyrənmək, öyrənmək istəyir. Bəziləri var kitab qəhrəmanlarını real həyatdakı insanlardan daha çox sevir, onlara bağlanır, Bəziləri isə kitabı oxuyarkən gözündən yaş axır istəmsizcə, Bəziləri kitabı qurtaranda üz qabığını örtür, tavana baxır və sakitcə ah çəkir təsirindən günlərlə çıxa bilməyərək.
Kitab oxumaq ən çox məşğuliyyət, hobbi kimi sayılır bəlkə də, amma oxumağın da özünəməxsus qayda - qanunları var dostlar. Gəlin görünüş xətrinə deyil də, öyrənmək, həzz almaq, dadını çıxarmaq məqsədilə oxuyaq kitabları.
P.S Birdən ağlıma gəldi dedim sizinlə də paylaşım :)
Hiç yorum yok:
Yorum Gönder